Nigeriya təhlükəsizlik qüvvələri Kogi və Kvara əyalətlərində terror təşkilatlarına qarşı genişmiqyaslı əməliyyatlar keçirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu əməliyyatlar zamanı 55 terrorçu zərərsizləşdirilib, 129-u ələ keçirilib.
Polisin ictimaiyyətlə əlaqələr üzrə məsul işçisi Benjamin Hundeyin bildirib ki, bəzi terrorçular təslim olmaqdan imtina edərək təhlükəsizlik qüvvələrinə atəş açıblar. O əlavə edib ki, terrorçuların düşərgələrinə reydlər zamanı 309 girov xilas edilib.
Əməliyyatların aylarla davam edən kəşfiyyat işi nəticəsində planlaşdırıldığını qeyd edən Hundredin, çoxsaylı təhlükəsizlik qurumlarının koordinasiyalı şəkildə çalışdığını vurğulayıb. O, əməliyyatların davam etdiyini bildirib.
İbrahim Cəfərov
çap et