525.Az

Konqoda torpaq sürüşməsi - 13 ölü, 40 itkin


 

Konqoda torpaq sürüşməsi - <b style="color:red"> 13 ölü, 40 itkin</b>

Konqo Demokratik Respublikasının şərqindəki Şimali Kivu əyalətində güclü yağışlar nəticəsində torpaq sürüşməsi baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Valikale bölgəsindəki Burutsi kəndində qeydə alınan torpaq sürüşməsi nəticəsində azı 13 nəfər həyatını itirib, 40 nəfər isə itkin düşüb.

Ərazidə axtarış-xilasetmə əməliyyatları davam edir.

Qeyd edək ki, tropik iqlim zonasında yerləşən Konqo Demokratik Respublikası yağış mövsümündə tez-tez təbii fəlakətlərlə üzləşir.

İbrahim Cəfərov

 





15.01.2026    çap et  çap et