Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölən və yaralananlar, həmçinin dağıntılar altından çıxarılan cəsədlərlə bağlı son məlumatları açıqlayıb.
525.az xəbər verir ki, son 24 saat ərzində dağıntılar altından 13 nəfərin cəsədi çıxarılıb, 2 nəfər isə həlak olub.
Bununla da atəşkəs başlayandan etibarən ümumilikdə 449 nəfər həlak olub, 1246 nəfər isə yaralanıb.
Ümumilikdə isə 2023-cü il oktyabrın 7-dən indiyə qədər Qəzzada ölənlərin sayı 71 439-a, yaralıların sayı isə 171 324 nəfərə çatıb.
İbrahim Cəfərov
çap et