525.Az

Qriqorçuk sabiq klubuna qayıtdı


 

Qriqorçuk sabiq klubuna qayıtdı<b style="color:red"></b>

"Qəbələ" və "Neftçi"nin sabiq baş məşqçisi Roman Qriqorçuk sabiq klubu "Çernomorets"ə qayıdıb.

525.az xəbər verir ki, bu haqda Ukrayna təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

60 yaşlı mütəxəssis yenidən sözügedən komandanı çalışdıracaq. Lakin məşqçi ilə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb. O, dekabrın 25-də istefaya göndərilmiş Aleksandr Kuçeri əvəzləyib.

Qriqorçuk daha əvvəl 2010 - 2014-cü illərdə və 2021-ci ildə "Çernomorets"in baş məşqçisi olub.

Qeyd edək ki, Roman Qriqorçuk Azərbaycanda "Qəbələ" və "Neftçi"nin baş məşqçisi olub. 2015-18-ci illərdə "Qəbələ"ni çalışdıran mütəxəssis 2024-cü ilin iyunundan oktyabr ayına qədər "Neftçi"də işləyib. Onun "Neftçi"dəki fəaliyyəti cəmi 9 oyun çəkib. "Neftçi" bu oyunların heç birində qələbə qazana bilməyib.

 





15.01.2026    çap et  çap et