“Azərbaycanla Türkiyə arasında xüsusi münasibətlər var, enerji sahəsində də əməkdaşlığımız çox uğurludur”.
525.az-ın Rizəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyənin Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Ayder Beynəlxalq Forumunda deyib.
O bildirib ki, Türkiyə və Azərbaycan liderlərinin müəyyən etdikləri yol xəritəsi çərçivəsində biz də üzərimizə düşən vəzifələri yerinə yetiririk.
“Bakı-Tbilisi-Ceyhan, TANAP, TAP, Bakı-Tbilisi-Ərzurum boru xətləri həm Türkiyənin, həm Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Eyni zamanda, iki ölkə Gürcüstanla bərabər qlobal enerji bazarına mühüm töhfələr verir”, - nazir söyləyib
O əlavə edib ki, buna görə də qarşıdakı dövrdə qonşularımızla daha sıx əməkdaşlıq etməyi hədəfləyirik.
Pərvanə Sultanova
çap et