525.Az

"Qarabağ" - "Ayntraxt" matçının biletləri satışa çıxır


 

"Qarabağ" - "Ayntraxt" matçının biletləri <b style="color:red"> satışa çıxır</b>

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayntraxt” (Almaniya) oyununun biletləri satışa çıxır.

525.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlər 16 yanvar, saat 12:00-dan etibarən satışda olacaq.

Standart biletlərin qiyməti: 10, 15, 25, 35, 40, 50, 75 AZN

 VIP sektorlar: 200, 250, 300 və 400 AZN

 VVIP sektorlar: 1000 AZN

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər. Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.

Klubun açıqlamasında bildirilib ki, saxta biletlərə və digər saytlara aldanmayın. 

Xatırladaq ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Ayntraxt" matçı saat 21:45-də başlayacaq.

 





15.01.2026    çap et  çap et