525.Az

“Banişevskini bir dəfə də olsun adı ilə çağırmadım” - Şakir Qəribov


 

“Banişevskini bir dəfə də olsun adı ilə çağırmadım” - <b style="color:red"> Şakir Qəribov</b>

"Banişevski mənə böyüklük eləyib, yol göstərib. Onunla ilk görüşüm mənə yuxu kimi gəlirdi".

525.az xəbər verir ki, bu fikri veteran futbolçu Şakir Qəribov "525-ci qəzet"ə müsahibəsində bildirib.

Bu gün 70 yaşı tamam olan Ş.Qəribov daha sonra bunları bildirib:

"Cəmi bir neçə ay əvvələ kimi onun şəkli ilə yatıb-dururdum. Təkcə onun yox, Tuayev, Kramarenko və digərlərinin də şəkilləri həmişə üstümdə olurdu. Kramarenkodan ötrü “ölürdüm”. Yaxşı qapıçı olmaqla yanaşı, o qədər “simpatiçni” idi ki, əsl futbolçu “vid”i vardı. Banişevski ilə uzun müddət bir yerdə oynadım, bir dəfə də olsun onu “Tolik” deyə, çağırmadım. Ölənə kimi də ona "Anatoli Andreyeviç" deyə, müraciət etdim”.

Qeyd edək ki, Şakir Qəribovla geniş müsahibə "525-ci qəzet"in sabahkı sayında dərc olunacaq.

L.Tağıyeva

 





15.01.2026    çap et  çap et