525.Az

Kosta-Rika prezidentinə sui-qəsd hazırlanıb


 

Kosta-Rika prezidentinə sui-qəsd hazırlanıb<b style="color:red"></b>

Kosta-Rika prezidenti Rodriqo Çaves Roblesə qarşı sui-qəsd hazırlanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında ölkənin Kəşfiyyat və Milli Təhlükəsizlik İdarəsinin rəhbəri Xorxe Torres məlumat verib.

Torresin sözlərinə görə, etibarlı mənbələr bu barədə onları məlumatlandırıblar. Hətta o, sifarişçilərin killerə qonorarın ödədiyini də söyləyib. Amma onlar haqda detallı məlumat verməyib.

Qeyd edək ki, bu, Kosta-Rika tarixi ərzində prezidentlərə qarşı edilə biləcək ilk sui-qəsd xəbəridir.

L.Tağıyeva

 





15.01.2026    çap et  çap et