Səudiyyə Ərəbistanının ən yaşlı sakini hesab edilən Naser bin Radan əl-Rəşid əl-Vədai 142 yaşında dünyasını dəyişib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, mərhum krallığın cənubunda yerləşən əl-Rəşid kəndində dəfn edilib.
Dəfn mərasimində 7 mindən çox insan iştirak edib.
Yaxınlarının iddialarına görə Əl-Vədai 1883-cü ildə dünyaya gəlib. Bəs 142 yaşlı kişinin adı hansı səbəbdən Ginnesin rekordlar kitabına düşməyib?
Məsələ burasındadır ki, onun nə vaxt doğulduğunu təsdiq edən sənəd, dəlil-sübut olmayıb. Əl-Vədai dindar imiş. 40 dəfə Həcc ziyarətində olub. 134 övlad və nəvəyə sahib olan mərhum sonuncu dəfə 101 yaşında evlənib və bu evlilikdən qızı dünyaya gəlib.
Yeri gəlmişkən, Ginnesin rekordlar kitabına görə, hazırda planetin ən yaşlı kişisi braziliyalı Joao Marinyo Netodur. Onun 113 yaşı var. 116 yaşlı britaniyalı Etel Katerhem adlı qarı isə dünyanın ən yaşlı sakinidir.
L.Tağıyeva
çap et