525.Az

Minlərlə venesuelalıdan Maduroya dəstək


 

Minlərlə venesuelalıdan <b style="color:red"> Maduroya dəstək</b>

Venesuelada minlərlə insan ABŞ-nin hava hücumlarına və prezident Nikolas Maduronun həbs olunmasına etiraz edərək onun azadlığını tələb edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Karakasda Venesuela Birləşmiş Sosialist Partiyası (VSV) tərəfindən təşkil edilən yürüşdə minlərlə insan iştirak edib.

Əllərində Maduro və keçmiş prezident Huqo Çavesin şəkilləri olan izdiham Nikolas Maduro və həyat yoldaşı azad olunana qədər etirazlarını davam etdirəcəklərini vurğulayıblar.

VSV-nin Səfərbərlik və Tədbirlər üzrə vitse-prezidenti Nahum Fernandes çıxışında müvəqqəti prezident Delsi Rodrigezin hökumətini tam dəstəklədiklərini bildirib.

Venesuelalılar arasında birliyə çağıran Fernandes deyib: "İndi birlik müzakirə mövzusu deyil. Birliyə qarşı sui-qəsd edən hər kəs Venesuelaya qarşı sui-qəsd edir. Hər kəs bu birliyə töhfə verməlidir".

Fernandes Maduronun azadlığa buraxılması çağırışını təkrarlayaraq deyib: "Biz burada heç nəyi qeyd etmirik, etiraz edirik. Biz Maduronun azadlığa buraxılmasını və Siliyanın geri qayıtmasını istəyirik. Hər ikisinin ölkəyə qayıtmasını tələb edirik".

İbrahim Cəfərov

 





15.01.2026    çap et  çap et