İtaliyanın paytaxtı Romada bu gündən etibarən şəhər mərkəzində saatda 30 kilometr maksimum sürət həddi tətbiq edilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Roma Bələdiyyəsi məlumat yayılıb. Bildirilib ki, rəsmi olaraq elan edilən qərara əsasən, yol təhlükəsizliyini artırmaq üçün məhdudlaşdırılmış nəqliyyat zonası daxilindəki ərazilərdə və şəhər mərkəzindəki 1000 küçədə sürücülər üçün saatda 30 kilometr maksimum sürət həddi tətbiq olunub.
Bununla əlaqədar olaraq, sürət həddi tətbiq edilən ərazilərdə yol hərəkətinə cavabdeh olan Roma yerli şəhər polisi tərəfindən patrul və nəzarət gücləndirilib.
Romada nəqliyyatdan məsul şəhər şurasının üzvü Eugenio Patane açıqlamasında yol qəzalarını və yaranan narahatçılığı azaltmaq məsuliyyəti daşıdıqlarını və bu səbəbdən limiti tətbiq etdiklərini bildirib.
Patana, şəhərin əsas küçələrindən biri olan Xristofor Kolumb prospektində tətbiqi izləmək üçün yeni sürət kameralarının quraşdırılacağı və şəhər daxilində 175 yeni yüksək piyada keçidinin tikiləcəyini də əlavə edib.
İbrahim Cəfərov
çap et