525.Az

“Əl-Şəbab”a qarşı növbəti əməliyyat - 30-dan çox terrorçu zərərsizləşdirildi


 

“Əl-Şəbab”a qarşı növbəti əməliyyat - <b style="color:red"> 30-dan çox terrorçu zərərsizləşdirildi</b>

Uqanda ordusu və Afrika Birliyi qüvvələrinin iştirakı ilə Somalinin cənubunda “Əl-Şəbab” terror təşkilatına qarşı genişmiqyaslı birgə əməliyyat keçirilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Afrika İttifaqının Somalidəki Dəstək və Sabitləşdirmə Missiyası (AUSSOM) məlumat yayıb. Əməliyyat zamanı 30-dan çox terrorçunun öldürülüb.

Bildirilib ki, birgə qüvvələr “Əl-Şəbab”ın imkanlarını zəiflətmək və ölkədə davamlı sülh, sabitlik və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində əməliyyatları davam etdirəcək.

Qeyd edək ki, 2006-cı ildə Somalidə yaranmış “Əl-Şəbab” terror təşkilatı uzun illərdir ki, Somali hökumətinə və beynəlxalq sülhməramlı qüvvələrə qarşı hücumlar təşkil edir.

Somali təhlükəsizlik qüvvələri beynəlxalq tərəfdaşların dəstəyi ilə 2022-ci ildən ölkənin mərkəzi və cənub bölgələrində təşkilata qarşı genişmiqyaslı əməliyyatlar aparır.

İbrahim Cəfərov

 





16.01.2026    çap et  çap et