İsrail İran dövlət bankı “Bank Melli”ni terror təşkilatı kimi tanıyıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.
O, “Bank Melli”ni İran İnqilabı Keşikçiləri Korpusu və Qüds Qüvvələrini, eləcə də Yaxın Şərqdə İranın dəstəklədiyi qrupları maliyyələşdirdiyi iddiası ilə “terror təşkilatı” elan edən sərəncam imzalayıb.
Bank İsrailə qarşı hücumların maliyyələşdirilməsinə yardım etməkdə ittiham olunur.
“İran rejimi dünya terrorizminin ən böyük sponsorudur və dövlət banklarından tam hüquqlu terror silahı kimi istifadə edir. Biz İran və onun vəkillərinin saxta maliyyə sistemləri arxasında gizlənməsinə imkan verməyəcəyik və hər vasitə ilə terrorizmin maliyyələşdirilməsini qurutmaq və İranın terroru dünyaya yaymaq cəhdlərinin qarşısını almaq üçün hərəkət edəcəyik”, - deyə İsrael Katz bildirib.
Xatırladaq ki, İsrail bundan əvvəl İran Mərkəzi Bankını (CBI), “Bank Mellat” və “Bank Shahr”ı terror təşkilatları siyahısına salıb.
İbrahim Cəfərov
çap et