525.Az

Polşa Qrenlandiyaya qoşun göndərməyəcək - “Bu, dünyanın sonu olacaq”


 

Polşa Qrenlandiyaya qoşun göndərməyəcək - <b style="color:red"> “Bu, dünyanın sonu olacaq”</b>

Polşa Qrenlandiyaya qoşun göndərməyəcək.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Donald Tusk bildirib.  

O, açıq şəkildə qeyd edib ki, bəzi Avropa ölkələrindən fərqli olaraq Polşa Qrenlandiyaya qoşun yeritməyi planlaşdırmır.

Tusk vurğulayıb ki, ABŞ-nin Qrenlandiyanı zorla ələ keçirmək cəhdi Qərb dünyasının təhlükəsizlik arxitekturasını kökündən sarsıdacaq.

“Bir NATO üzvünün, xüsusilə də ABŞ-nin başqa bir NATO üzvünün ərazisini ələ keçirmək məqsədi daşıyan münaqişəyə girməsi onilliklərdir təhlükəsizliyimizi təmin edən nizamın və dünyanın sonu olacaq”, - deyə Polşanın Baş naziri bildirib.

Tusk söyləyib ki, transatlantik əlaqələr çökərsə, Avropa “Qərb layihəsinə” sadiq qalan tərəfdaşlarla yeni təhlükəsizlik arxitekturasını qurmalı olacaq.

Heç bir ssenarinin istisna olunmadığını qeyd edən Baş nazir fikrini belə tamamlayıb:

“Tramp administrasiyasının bu günə qədərki hərəkətlərini nəzərə alsaq, hər bir ssenari mümkündür”.

İbrahim Cəfərov

 





16.01.2026    çap et  çap et