525.Az

Qəzzada ölənlərin sayı artır


 

Qəzzada ölənlərin sayı artır<b style="color:red"></b>

Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölən və yaralananlar, həmçinin dağıntılar altından çıxarılan cəsədlərlə bağlı son məlumatları açıqlayıb.

525.az xəbər verir ki, son 24 saat ərzində dağıntılar altından 2 nəfərin cəsədi çıxarılıb, 5 nəfər isə yaralanıb.

Bununla da atəşkəs başlayandan etibarən ümumilikdə 451 nəfər həlak olub, 1251 nəfər isə yaralanıb.

Ümumilikdə isə 2023-cü il oktyabrın 7-dən indiyə qədər Qəzzada ölənlərin sayı 71 441-a, yaralıların sayı isə 171 329 nəfərə çatıb.

İbrahim Cəfərov

 





16.01.2026    çap et  çap et