525.Az

Utrextin mərkəzində güclü partlayış 


 

Utrextin mərkəzində güclü partlayış <b style="color:red"></b>

Dünən günorta saatlarında Niderlandın Utrext şəhərinin mərkəzində güclü partlayış baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gecəyə olan məlumata görə, 4 nəfər yaralanıb.

Onlar xəstəxanaya yerləşdiriliblər. Hadisə yerində xilasedicilər və yanğınsöndürənlər axtarışları davam etdirirlər. Bu isə o deməkdir ki, dağıntılar altında insanların olması ehtimalı qalmaqdadır.

Qeyd edək ki, Visşerşteeq küçəsindəki partlayış və yanğının səbəbləri hələlik bəlli deyil. Araşdırma aparılır.

L.Tağıyeva

 





16.01.2026    çap et  çap et