ABŞ hərbçiləri Karib dənizində Venesuela ilə bağlılığı olan daha bir tankeri ələ keçirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, gəminin yükü Venesuela nefti olub.
Gəminin həbsi ABŞ prezidenti Donald Tramp və Venesuela müxalifətinin nümayəndəsi Mariya Korina Maçadonun görüşü ərəfəsində gerçəkləşib.
Tankerin hansı ölkəyə məxsus olması, hara getməsi barədə məlumat verilmir.
Qeyd edək ki, bu, ABŞ hərbçilərinin Karib dənizində saxladıqları Venesuela neftini daşıyan sayca 6-cı tankerdi.
L.Tağıyeva
çap et