“Büdcə kəsiri özü-özlüyündə təhlükəli deyil, əsas məsələ onun səbəbləri, həcmi və necə maliyyələşdirilməsidir. Kəsirsiz büdcə mümkündür, lakin bu halda xərclərin azaldılması və ya hökumətin prioritet hesab etdiyi layihələrdən imtina tələb oluna bilər”.
Bunu iqtisadçı ekspert Xalid Kərimli 525.az-a bildirib.
O qeyd edib ki, büdcə kəsirinin əsas maliyyələşmə mənbəyi daxili borclanmadır. Maliyyə Nazirliyi tərəfindən buraxılan borc alətləri hesabına kəsir maliyyələşdirilir. Buna görə də kəsirli büdcə siyasəti vahiməli hesab olunmamalıdır:
"Əgər büdcə kəsiri istehsal, infrastruktur və insan kapitalına yönəlirsə, gələcəkdə iqtisadi artım hesabına özünü doğrulda bilər”.
Sevinc Qarayeva
çap et