525.Az

“Qarabağ” Xorvatiya klubuna qalib gəldi - YENİLƏNİB


 

“Qarabağ” Xorvatiya klubuna qalib gəldi -<b style="color:red"> YENİLƏNİB</b>

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" növbəti yoxlama oyununa çıxıb.

525.az xəbər verir ki, Qurban Qurbanovun komandası Xorvatiya təmsilçisi "Osiyek"lə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb. "Qarabağ"ın qollarını Musa Qurbanlı, Aleksey Kaşuk və Abbas Hüseynov vurub.

"Osiyek" hazırda Xorvatiya çempionatında 18 turdan sonra 14 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.

Ağdam təmsilçisi bu gün daha bir matçda qüvvəsini sınayacaq. “Qarabağ” günün ikinci oyununda Bakı vaxtı ilə Polşanın "Zaqlebye" klubu ilə üz-üzə gələcək.

"Zaqlebye" hazırda Polşa çempionatında 18 turdan sonra 28 xalla 5-ci pillədədir.

Qeyd edək ki, "Qarabağ" ilk yoxlama matçında Özbəkistan təmsilçisi "Neftçi"ni 5:0 hesabı ilə məğlub edib.

 





16.01.2026    çap et  çap et