ABŞ-nin Oreqon ştatında 6 bal gücündə zəlzələ olub.
525.az ABŞ Geoloji Xidmətinə (USGS) xəbər verir ki, zəlzələ Oreqon sahillərində baş verib.
Episentri ştatın Bandon şəhərindən 295 kilometr qərbdə olan yeraltı təkanlar 10 kilometr dərinlikdə qeydə alınıb.
Hələlik dağıntı və ya insan itkisi barədə heç bir məlumat verilməyib.
Zəlzələdən sonra sunami riski ilə bağlı da heç bir məlumat yoxdur.
İbrahim Cəfərov
çap et