525.Az

Azərbaycanda orta aylıq əməkhaqqı 9%-dən çox artıb


 

Azərbaycanda orta aylıq əməkhaqqı 9%-dən çox artıb<b style="color:red"></b>

2025-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artaraq 1089,2 manat təşkil edib.

Bu barədə 525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

 

 





16.01.2026    çap et  çap et