525.Az

Canlı əfsanə


 

Canlı əfsanə<b style="color:red"></b>

Ömrünün 86- ilini yaşayan sağlam, səmərəli, işgüzar, yaradıcı bir insan, müdrik ağsaqqal, görkəmli partiyadövlət xadimi ictimai xadim, elmin ayrı-ayrı sahələri, xüsusilə ədəbiyyat insan fəlsəfəsinin bilicisi, həyatınyaşam tərzinin, təsərrüfatın müxtəlif sahələrini təcrübəyə istinad edən zəngin biliklərə malik, hər bir mürəkkəb vəziyyətdən Allahın verdiyi ağıl idrakla çıxış yolu tapa bilən, uzun illər ən çətin rayonlarda öndə gedən  katib kimi tanınmış, SSRİ-nin Azərbaycan SSR-in deputatı olmuş, xalq arasında böyük nüfuz sahibi, dəyərli xüsusiyyətlərini saymaqla bitməyən Sadıq Murtuzayevin ömür yolunun müəyyən anlarını əks etdirən kitabaCanlı əfsanəadı heç təsadüfi gəlişigözəl səslənsin deyə verilməmişdir. Müəllif Xanış Məmmədov, yəqin ki, bunun üzərində çox düşünmüşdür. Bu ad seçilməsəydi oxucular Sadıq müəllimi belə tanıyacaqdılar.

Ömrünün yarım əsrini məktəbdarlıqda keçirmiş, müəllm direktor işləmiş, xalqın övladlarına elm öyrətmiş, əxlaq dərsi vermiş, məktəbyanı təsərrüfatda işləməklə onlara əməyi sevdirmiş, Ağdamın 8 nömrəli məktəbini respublikanın ən qabaqcıl təhsil müəssisələrindən birinə çevirmiş müqabilində heç bir təmənnası olmayan müəllif Xanış Məmmədov Sadıq Murtuzayevi bir insan, bir rəhbər təşkilatçı, ağsaqqal kimi az qala ideallaşdıraraq sevə-sevə vəsf etdiyi bu kitabda onun Ağdam dövrünü əks etdirməyi məqsəd kimi qarşısına qoysa da, ona olan sonsuz məhəbbətindən mövzuya daha əhatəli yanaşmağa çalışmışdır.

Müəllif qəhrəmanının doğulduğu kəndi, işlədiyi ayrı-ayrı yerləri qarış-qarış gəzərək, keçdiyi şanlı ömür yolunu ayrı-ayrı başlıqlar altında təqdim etməklə oxucunun diqqətini bu məqamlara yönəldir. “Aysberq təbiətli bir kişi ömrüsərlövhəsi altında o, çox maraqlı bir bənzətmə aparır. Aysberq nədir? Orta məktəbi bitirən hər kəs bilir ki, aysberq suyun üstündə gözlə 1/3-i müşahidə oluna bilən buz dağıdır. İnsan heç vaxt onun əsas hissəsini görmür bu görünməyən tərəf aysberqin ən yaxşı keyfiyyətli tərəfləridir.

Allah-Təala Qurani-Kərimdə buyurur ki, – “sizin üçün yeri döşədim. Möhkəm dayanıb tərpənməməsi üçün dağları ona sütun etdim”. Son dövrlərə qədər biz dağların ancaq aysberq kimi üzdə olan hissəsini görür bu şəkildə dərk edirdik. Bugünkü elmi nailiyyətlər isə sübut edir ki, dağların özülü daha dərin qatlarda olmaqla göründüyündən 5,10,15 dəfə çoxdur. Belə ki, Himalay dağlarının  kökünün dərinliyi 80-150 km arasındadır. Dağlar da bir növ yer üzünün aysberqləridir.

Müəllif Sadıq müəllimi aysberq kimi təqdim etməklə özünün onun ancaq müşahidə olunan tərəflərini, bəlkə, ondan bir qədər çox görə bildiyini yazılarında diqqətə çatdırır. Qəhrəmanın Şəki dövründəkı fəaliyyətindən bəhs edərkən baş verən hadisələri bir şəkilinin dili ilə canlı şəkildə elə qələmə almışdır ki, oxucunu cəlb etməklə yazılanlar onun yaddaşına həkk olunur.

Mövzunun əsas hissəsi Sadıq Murtuzayevin Ağdam dövrünə həsr olunmaqla onun buradakı yaradıcı fəaliyyətinin, insana xidmət edən, insanı xarüqələr yarada bilən, yeniliyə, irəliyə getməyə, Vətəni sevib vəsf etməyə, onu evində, elində uzaqlarda ləyaqətlə təqdim etməyə sövq edir.

Sadıq müəllim harada işləyibsə, həmişə yenilikçi kimi respublikada hər bir təşəbbüsün önündə olub.

Oxucuların müzakirəsinə verilən kitabda özünə yer almış nəşrin qəhrəmanının nümunə kimi verdiyimiz bir publisistik yazısında Abşeronda işləyərkən Bolqarıstanın Razqrad, Şəkidə isə Ukraynanın Amerinka şəhərləri ilə qardaşlaşmadan söhbət açılır. Möhtərəm oxucunun diqqətini bir məqama cəlb etmək istərdim. Bu qardaşlaşma elə-belə başa gəlmirdi. Bunun üçün rayonda əldə edilən nailiyyətlər ən yüksək səviyyədə olmaqla yanaşı, buradakı rəhbərin, 1-ci katibin səviyyəsi, habelə ərazinin tarixiliyi, təbii şəraiti gözəllikləri nəzərə alınır, Azərbaycan KP Mərkəzi Komitəsində müzakirə edildikdən sonra təklif təsdiq üçün Moskvaya göndərilir, yuxarının razılığı alındıqdan sonra əməli fəaliyyətə başlanırdı. Ayrı-ayrı vaxtlarda baş verən bu iki hadisə, yəni Bolqarıstanın Razqrad Ukraynanın Merinka şəhərləri ilə qardaşlaşma üçün rayon şəhər axtarışı Azərbaycan KP MK-da müzakirə olunarkən məsələ üzrə məsul şəxs, bu gün bu sətirlərin müəllifinin böyük hörmət məhəbbət bəslədiyi Respublika Veteranlar Şurası sədrinin 1-ci müavini Surxay Tağızadə heç fikirləşmədən Sadıq Murtuzayevin rəhbərlik etdiyi rayonu təklif etmişdi. Belə ki, həm katibin intellektual səviyyəsi, təşkilatçılıq məharəti, Azərbaycan rus dillərində rəvan bəlağətli nitqi, rəhbərlik etdiyi rayonun göstəriciləri tələb olunduğu səviyyədə idi.

Yeri gəlmişkən, burada Sadıq müəllimin Şəkidə işlədiyi dövrdə baş vermiş bir hadisəni yada salmaq istərdim. 1974- ildə Azərbaycanda Sovet ədəbiyyatı ongünlüyü keçirilirdi. Qonaqlar Şəkidə üç gün qalmışdılar. Tədbirə SSRİ Yazıçılar İttifaqının katibi Mixail Lukonin rəhbərlik edirdi. Lukonin Moskvaya qayıtdıqdan sonraLiteraturnaya Qazetada Azərbaycanda keçirilən ədəbiyyat günləri ilə bağlıGünəşli diyarda dostluq görüşləriadlı irihəcmli yazı ilə çıxış etmişdi. Aradan bir abzası iqtibas edirəm: – “Şəkidən ayrılmazdan bir gün əvvəl şəhərin çox səfalı bir güşəsində qocaman Qafqaz dağlarının ətəyindəki turist düşərgəsində rayon fəalları qonaqların şərəfinə ziyafət təşkil etmişdi. Bu, adicə ziyafət deyildi. Mənim şahidi olduğum bütün poeziya bayramlarından daha gur poeziya məclisi idi. Ona istiqamət verən şəhər Partiya komitəsinin  katibi, hamımızın sevimlisi olan Sadıq Murtuzayev idi. Burada sağlıqlar gah rus, gah da Azərbaycan dilində səslənən şeirlərlə müşayiət olunurdu. S.Murtuzayev ancaq özünə xas olan temperamentlə gah Puşkindən, gah Səməd Vurğundan şeirlər söyləyirdi. Elə bil biz şairlərlə yarışa çıxmışdı öz sənətsevərliyi, həyatsevərliyi ilə hamımızı heyran qoymuşdu”.

Lukonini heyrətdə qoyan o poeziya məclisinin iştirakçısı olmasam da, o vaxt Sumqayıtda, Şamaxıda, Bakıdaneft daşlarında Sovet ədəbiyyatı ongünlüyü çərçivəsində keçirilən tədbirlərdə gənc jurnalist kimi iştirak etmişəm. mənə məlumdur ki, Sadıq müəllim o tədbirlə bağlı iki ay öncə rus şeirinin günəşi Aleksandr Puşkinin Səməd Vurğunun tərcüməsindəYevgeni Oneginpoemasını əzbərləmiş, rus dilində bir sətir belə şeir bilməyən, lakin fenomenal yaddaşa malik rayon sovetinin sədri Zahid Qəniyevə isə poemanı or?inaldan əzbərlətmişdi. Gecə boyu mənzum əsər hər iki dildə onların ifasında səslənmişdi. Məclisin şirin yerində Sadıq müəllimin L.Tolstoyun ölümünə vəfatından bir gün sonra orta təhsilli azərbaycanlı senzor, istedadlı publisist Hüseyn Minasazovun rus dilində yazıb həftəlik nəşr olanZakafkazskoe obozreniye dərc etdirdiyi mənsur şeir mənzuməsini böyük pafos avazla oxuduqda məclisdə bir anlığa heyrətamiz sükut yaranmış, tədbirin iştirakçısı olan tolstoyşünas elmlər doktoru, professor xanım ayağa qalxıb: – “Daje Lenin tak silno ne qovoril o Tolstom” – bütün ömrümü Tolstoyun həyatının tədqiqinə həsr etsəm , bu heyranedici mənzuməyə rast gəlməmişəm demişdi.

Yaşının bu vədəsində Sadıq müəllimin hafizəsi üstündədir hər dəfə onunla yol gedərkən, toyda-düyündə görüşərkən müxtəlif dövrlərdə yaşamış müasir şairlərin yaradıcılığından beytlər, misralar ya bütöv şeirlər söyləyərək, kimindir? – deyə məndən soruşur. Təbii ki, əksər şeirlərin müəlliflərini yada sala bilmir, ya tanımıram. Onda olan bu qabiliyyət İlahidəndir, hər adama nəsib olmur. Sadıq müəllim uzun illər tanınmış sənət adamlarışair, yazıçı, rəssam bəstəkarlarla dostluq əlaqəsində olmaqla həm incəsənətin, gözəl musiqimizin xiridarı kimi tanınır.

Ağdamda işlədiyi dövrdə o, SSRİ- birinci, dünyada ikinci çörək muzeyinin yaradılmasının təşəbbüskarı olmuşdur. Burada sərgilənən AğdamınÖzərriktədədeyilən yerindən tapılmış, yeddi min il tarixi olan buğda dənəsini s. eksponatları yerləşdirərək bu yerlərin min illər boyu Azərbaycan insanının yaşayış məskəni olmasını respublika İttifaq mətbuatında  təbliğ etməklə, ağdamlılarıbütövlükdə azərbaycanlıları çörəyi qiymətləndirməyi bacaran sülhsevər xalq kimi dünyaya tanıtdırmağa çalışmışdır.

Burada tikilən Çay evi, Muğam məktəbi, “AxtarışBank İnformasiya Mərkəzi, nəinki Azərbaycanda, eləcə bütün SSRİ məkanında ilklərdəndir. Kəhrizlərin bərpasını burada qızıl xallı balığın yetişdirilməsini bu siyahıya aid etmək olar.

Müəllif hər bölmədə Sadıq müəllimin insanlara mərhəmətli münasibətindən olayları  müxtəlif ştrixlərlə diqqətə çatdırmağa çalışır. “Bu dərdin dərmanı raykomun əlindədirbölməsində isə əməkçi bir insanın kələm sahəsinin sulanmasına icazə verməsi ilə oğlunun xeyir işinin həllinə kömək etəmsini elə canlı əlaqəli şəkildə nəql edir ki, müəlilfin adi kənd müəllimi deyil, əsl yazıçı təxəyyülünün şahidi olursan.

Kitab boyu S.Murtuzayevi ən çətin məqamlarda çıxış yolu tapa bilən, xalqını, millətini, vətən torpağının hər qarışını canından əziz tutan, heç kəsin burnunun qanamasına razı olmayan müdrik bir rəhbər, tədbirli ağsaqqal kimi təqdim etməyə səy edərək onu əsrimizin qeyri-adi fenomeni adlandırıb, ağdamlıların hər an onun bir sözü ilə ayağa qalxmağa hazır olduqlarını xüsusi bir vurğu ilə qeyd edir. Mən buna qəti şübhə etmirəm. Sadıq müəllimin 85 illik yubileyində, digər tədbirlərdə ağdamlıların ona olan yüksək ehtiram məhəbbətininfədakarlıqlarının şahidi olmuşam.

Kitabı oxuduqca müəllif yüksək dərəcədə yaddaş qabiliyyətinə malik müşahidəçi kimi təsəvvürdə canlanır. Bu qabiliyyət qələm sahibi üçün böyük uğurdur. Bu yerdə kitabdan bir neçə məqamı önə çəkib iqtibas etməklə diqqətinizi cəlb etmək istərdim. “... O müdhiş gündə Qərvənd kəndi ilə Qarağan qəbristanlığı arası 30 km yol insanla dolu idi.... Adamlar yola sığmırdı. Yevlaxdan, Bərdədən, Ucardan, Tərtərdən, Göycaydan insanlar ağdamlılara dayaq olmağa gəlmişdilər... Əliyalın gələn bu insanların məsuliyyəti ağdamlıların üzərinə düşürdü... Silahsız halda təpədən-dırnağa qədər silahlanmış düşmən üzərinə hücum... 366 alay bütün hərbi sursatı, tank pulemyotları ilə yolu kəsmişdi. Öndəki tankın üstünə çıxan general hərbi şuranın əmrini elan etdi: “Kütlə dərhal qayıtmasa atəşə tutulacaq”. Ən dəhşətlisi o idi ki, həmin qərar qəbul olunarkən MK-nın 1-ci katibi Kamran Bağırov başda olmaqla, bütün büro üzvləri Xankəndində idi...”

Böyük dərddir. Səndən olan özünə böyük bildiyin qanı-qanıdan, dini-dinindən olan bir rəhbər. Əgər onun dini var idisə, millətin minlərlə övladının gülləbaran edilib qırılmasına necə imza atmışdı?.. Müəllif bu yerdə Sadıq mülləimin müdrikliyini xüsusi ustalıqla diqqətə çatdırır. “... Sadıq müəllim neçə illərdi ki, ağdamlılarla işləyirdi. Onların psixologiyasına bələd idi. Belə məqamlarda adi sözlər onların əsəblərini soyuda bilməzdi, onun yanında Sosialist əməyi Qəhrəmanı, Ali Sovetin deputatı Xuraman Abbasova dayanmışdı. Sadıq müəllim bu dar macalda Xuraman xanıma bir dərs verdi. Bir yaylıq tapıb ona uzatdı. Xuraman xanım da sözü göydə tutan idi...”

Xuraman xanım izdihama müraciət edib ana-bacılarımızın, qızlarımızın namusunun simvolu hesab edilən yaylığı kütlənin qarşısına atır. “Keçməyin bu yaylığın üstündən” – deyir. Beləliklə, yüzlərlə insanın qırılmasının qarşısı alınır. Bununla belə, bir neçə min gənc yollarını dəyişib Əskəran üzərinə yürüş edir. Bir qədər sonra Əli Bəxtiyarın cənazəsi, əlli yaralı ilə maşınlara doldurulub geri qaytarılır. Bunlar Azərbaycanın ilk şəhidləri idi. Sadıq Mürtuzayev şəhidlərin dəfn mərasimini yüksək vətənpərvərlik səviyyəsində təşkil edib bütün respublikanın diqqətini bu qanlı faciəni anmağa cəlb etməklə Azərbaycana rəhbərlik edənləri öz xalqının-millətinin-vətəndaşının qayğısına qalmaq, Vətənin taleyi haqqında düşünməyə sövq edərək haray qaldırsa da, əfsuslar olsun ki, o vaxtkı rəhbərliyin doldurulmuş qulaqları bu harayı eşitdi, ki, gözləri başlanmış gələcəkdə ümumxalq faciəsinə çeviriləcək hadisələri görə bildi.

Nəticə göz qabağındadır. Vətən torpağının 20 faizi düşmən tapdağı altında, 100 minlərlə qaçqın-köçkün soydaşlarımız Vətən həsrəti ilə zillət içində. Allah özü bizlərə rəhm edib kömək olsun inşallah! Amin!

Müəllif Sadıq Murtuzayevin uşaqlıq, gənclik Ağdama qədər keçdiyi ömür yolunu ətraflı, hətta ayrı-ayrı hallarda incəliklərinə qədər öyrəndikdən sonra bildiklərini qələmə alaraq qəhrəmanı haqqında epopeya yaratmışdır. Müzakirənizə verilən kitab əlyazmasının ixtisar variantıdır.

Kitab redaktə olunduqdan sonra tərtibatı zamanı müəllif Xanış Məmmədovun qəhrəmanı Sadıq Murtuzayevin ona yazdığıAçıq məktubu” “Dost sözüməlhəmin ozüyazısını bura daxil etmək məsləhət bilindi. Kitabda Sadıq müəllimlə 10 il çiyin-çiyinə çalışmış uzun illər dostluq münasibətlərində olmuş ağdamlı ağsaqqal ziyalılar Səlim Əzimovun, Bəbir Hüseynovun, sabiq millət vəkilləri Həmzə Əliyevin, Çimnaz xanım Əliyevanın yazılarınaürək sözlərinə yer verilmişdir.

Sonda Sadıq müəllimin yetirməsi, tanınmış yazıçı-jurnalist, bu sətirlərin müəllifin müəllimi dostu, Həcc yoldaşıHacı Əhməd İsayevin qəhrəmanımızın tərtib etdiyiİlusuensiklopedik toplusu haqqında qələmə aldığıYurd sevgisiadlı isti ürək sözlərini “525-ci qəzetin səhifələrində oxuduqdan sonra bu yazını da kitaba daxil etdik.

Sadıq müəllimin tərtib etdiyi onun ömür yolundan bəhs edən bir neçə kitabın redaktəsi mənim bəxtimə düşüb. Onunla uzun illər bir yerdə işləməsəm qurucu yaradıcı müdrik həyatı mənə doğma olduğundan Xanış Məmmədovun çox canlı şəkildə qələmə alıb təsvir etdiyi hadisələr kino lenti kimi gözlərim önündə canlanıb mən inanıram ki, çox dəyərli diqqətli oxucular kitabı mütaliə etdikcə müəllifin qəhrəmanını sevəcək, xüsusilə gənclərimiz özlərini ona bənzətmək, onun kimi yorulmadan elmə yiyələnmək, çətinliyə sıxıntılara sinə gərərək həyat yollarında onun kimi addımlayaraq işlədikləri sahələrdə yeniliklər edəcək, gecə-gündüz bilmədən xalqımızın rifahı, işğal olunmuş VətənQarabağ torpağının düşmənlərdən azad olunması yolunda var qüvvələrini sərf edərək onun kimi ali istəklərinə qovuşmağa çalışmaqla ucalacaqlar.

Xanış MəmmədovunCanlı əfsanəkitabı qurub-yaratmaq, öyrənib-öyrətməkdən bu gün 86 yaşında belə yorulmadan qəlbi coşqun həyat eşqi ilə döyünən Sadıq Murtuzayevin ömür yolunadan danışsa da, Azərbaycan tarixinin şanlı bir səhifəsiVətənpərvərlik simfoniyasıdır. Oxuyun bu kitabı! Oxuyun hadisələrin şahidinin dili ilə nəql olunan-yazılanCanlı əfsanəni!

Qoy yaddaşınıza həkk olunsun bu qəhrəmanlıq dastanı!

Səlim ƏZİMOV,
Əməkdar müəllim, “Qızıl qələmMediamükafatı laureatı;

Hacı Mehman FƏRZULLAYEV,
naşir-jurnalist

 

 





28.11.2012    çap et  çap et