525.Az

"Zirə" Ukrayna klubuna uduzdu


 

"Zirə" Ukrayna klubuna uduzdu<b style="color:red"></b>

"Zirə" Antalya toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirib.

525.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Ukraynanın "Oleksandriya" klubu ilə üz-üzə gəlib.

Oyun "Zirə"nin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Təmsilçimizin qollarını Yeqor Boqomolski (29) və Ceyhun Nuriyev (54) vurub.

"Oleksandriya" Ukrayna Premyer Liqasında 16 turdan sonra 11 xalla 15-ci pillədə qərarlaşıb.

"Zirə" bu gün daha bir yoxlama matçı keçirəcək. Qəsəbə təmsilçisi Antalya toplanışı çərçivəsində sonuncu görüşündə Çexiyanın "Bohemians 1905" klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.  "Bohemians 1905" Çexiya çempionatında 19 turdan sonra 19 xalla 12-ci pillədədir.

Qeyd edək ki, "Zirə" ilk sınaq matçında Rumıniyanın “Çiksereda” klubu ilə 3:3 hesablı heç-heçə edib.

 





16.01.2026    çap et  çap et