Hindistanda vəfat etmiş 103 yaşlı qarı dəfn mərasimində ayılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Maharaştra ştatının Naqpur əyalətində baş verib.
Bazar ertəsi Qanqabay adlı qadının dünyasını dəyişdiyi məlum olub və ertəsi gün yaxınları onunla vidalaşmağa gəliblər. Mərhumun cəsədini yandırmağa hazırlaşarkən, dəfndə iştirak edənlərdən biri onun ayağının tərpəndiyini görüb. Bir anda matəm bayrama çevrilib. Qanqabay qarı xəstəxanaya aparılıb, həkimlər onu müayinə etdikdən sonra sağlam olması barədə rəy veriblər.
Qeyd edək ki, baş verənlərdən 2 sonrakı gündə "o dünyadan qayıtmış" qarının görüşünə hətta ətraf kənd və qəsəbələrin sakinləri də daxil olmaqla yüzlərlə adam gedib.
L.Tağıyev
çap et