Zambiyada Kakamba kəndində timsah 10 yaşlı oğlanı parçalayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, faciə Kariba gölü yaxınlığında baş verib.
Vinok Kabbay adlı uşaq çimərkən timsahın hücumuna məruz qalıb. Uşağı suyun dibinə çəkən vəhşi onu parçalayıb.
Uşağın axtarışına çıxan sakinlər 3 saat sonra 200 metr aralıda onun cəsədinin qalıqlarını aşkarlayıblar.
L.Tağıyeva
çap et