525.Az

Sifariş etdiyi telefonları 16 il sonra aldı


 

Sifariş etdiyi telefonları 16 il sonra aldı<b style="color:red"></b>

Liviyada telefon satışı ilə məşğul olan biznesmenə verdiyi sifariş 16 il sonra çatdırılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qutuda Nokia markalı düyməli telefonlar olub.

Biznesmen sifarişləri hələ 2010-cu ildə verdiyini və ödənişi əvvəlcədən etdiyini bildirib. Görünür, 2011-ci ildə Liviyada başlanan vətəndaş müharibəsi çatdırılmanın ləngiməsinə səbəb olub. Amma bu qədər də yox. Maraqlıdır ki, sifariş verənlə sifarişi götürən bir-birindən cəmi bir neçə kilometr məsafədə imişlər.

Qeyd edək ki, köhnəlmiş telefonların bir işə yaramadığını söyləyən iş adamı onları suvenir kimi satmağı və hədiyyə etməyi düşünür.

L.Tağıyeva

 





16.01.2026    çap et  çap et