525.Az

"Aİ Qrenlandiyaya görə kollektiv yardım bəndini işə sala bilər"


 

"Aİ Qrenlandiyaya görə kollektiv yardım bəndini işə sala bilər"<b style="color:red"></b>

"Qrenlandiya ətrafında vəziyyətin gərginləşməsi  Avropa İttifaqını təşkilat haqqında müqavilənin kollektiv yardım bəndinə müraciət etməyə məcbur edə bilər".

525.az xəbər verir ki, bunu Avstriya kansleri Kristian Ştoker Avropa Parlamentinin sədri Roberta Metsola ilə birgə mətbuat konfransında bildirib.

"Qrenlandiya ətrafındakı vəziyyət münaqişəyə səbəb ola bilər, amma ümid edirəm ki, biz bundan qaça bilərik. Bizim  müzakirə etdiyimiz hüquqi baza var. Söhbət Aİ ölkələrinin bu cür hallarda bir-birinə göstərdiyi dəstəyi tənzimləyən Avropa İttifaqı haqqında nüqavilənin 42-ci maddəsinin 7-ci bəndindən gedir", - o söyləyib.

Kansler vurğulayıb ki, Qrenlandiya Danimarkanın muxtar ərazisi olduğu üçün ona qarşı hər hansı təhdid qəbuledilməzdir:

“Suverenlik və ərazi bütövlüyünə istisnasız olaraq hamı tərəfindən hörmət edilməlidir. Qrenlandiya və Danimarka xalqının verdiyi qərarlar adanın gələcəyi üçün həlledicidir. Məhz orada bu məsələyə necə yanaşmaq barədə qərar verilməlidir.

Buna görə də, mən eskalasiyanın qarşısını almaq üçün Qrenlandiya, Danimarka və ABŞ arasında danışıqların davam etdirilməsini son dərəcə vacib hesab edirəm, çünki bu, heç bir tərəfin maraqlarına cavab verə bilməz”.

Pərvanə Sultanova

 





16.01.2026    çap et  çap et