"Real" ciddi itki ilə üzləşib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, İspaniya La Liqasında dünən keçirilən "Sevilya"ya qarşı (2:1) matçda zədələnən Xames Rodriqesin durumunun ciddi olduğu müəyyənləşib.
Ayağında qırıq aşkarlanan kolumbiyalı oyunçunun əməliyyat olunacağı açıqlanıb.
X.Rodriqesin iki ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, X.Rodriqes qarşılaşmanın 27-ci dəqiqəsində zədələnib və onu Xese Rodriqes əvəzləyib.
çap et