525.Az

FİFA prezidentinin maaşı 4 dəfə artıb


 

FİFA prezidentinin maaşı 4 dəfə artıb<b style="color:red"></b>

FİFA prezidenti vəzifəyə gəldikdən bəri gəlirlərini kəskin şəkildə artırıb.

525.az xəbər verir ki, FİFA prezidenti Canni İnfantinonun maaşı təşkilata rəhbərlik etdiyi dövrdə dörd dəfə artıb. Məlumata görə, funksioner təkcə 2025-ci il ərzində 5,27 milyon avro qazanıb.

İnfantino 2016-cı ildə bu postda sələfi Zepp Blatteri əvəzləyib. İsveçrəli funksioner hakimiyyətinin ilk ilində 1,28 milyon avro qazanc əldə etmişdi. Bildirilir ki, İnfantino Qətərdə keçirilən DÇ-2022-nin təşkilinə görə əlavə 1,29 milyon avro bonus da alıb.

Qeyd edək ki, İnfantinonun səlahiyyət müddəti 2027-ci il martın 30-da başa çatır. Daha əvvəl ali futbol qurumu 2016-2019-cu illər aralığını İnfantinonun ilk prezidentlik müddəti kimi saymamaq barədə qərar qəbul edib. Bu isə o deməkdir ki, funksioner 2027-ci ildə yenidən namizədliyini irəli sürə bilər.

 





17.01.2026    çap et  çap et