Dünən Portuqaliyada prezident seçkiləri keçirilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, prezidentlik postu uğrunda 11 namizəd mübarizə aparıb.
Seçkilərə kimi aparılan sorğulara əsasən prezidentliyə ən real namizəd "Chega!" ("Yetər!") partiyasının lideri Andre Venturadır. Rəyi soruşulanlardan 24 faizi ona səs verəcəklərini bildirib. Venturanın əsas rəqibləri Sosialist Partiyasının keçmiş baş katibi Antonio Joze Sequra və "Liberal təşəbbüs" Partiyasından Juan Kotrin de Fiqeyredadır. Adı çəkilən namizədlərə uyğun olaraq 23 və 19 faiz respondent etimad göstərəcəyini bildirib.
Böyük ehtimalla namizədlərin heç biri 50 faiz baryerini aşa bilməyəcək. Belə olacağı təqdirdə fevralın 8-də 2 tur keçiriləcək.
Qeyd edək ki, hazırkı prezident Marselo Nuno Duarte Rebelo de Souza 2 dəfə bu posta seçildiyi üçün qanunla seçkilərdə iştirak etməyib.
L.Tağıyeva
çap et