Azərbaycan Teatr Xadimləri İttifaqında rejissor, pedaqoq, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavloviç Çexovun “Ayı” adlı əsəri əsasında hazırlanan eyniadlı tamaşanın məşqlərinə başlanılıb.
525.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin l kurs tələbəsi Samirə Əşrəf, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.
Səhnə əsərində İncəsənət Universitetinin tələbələri Hüseyn Quluzadə (Qriqori Stepanoviç Smirnov), Türkel Ələsgər (Yelena İvanovna Popova), Nərmin Ağayeva (Anfisa) iştirak edirlər.
Gənc yaşda dul qalan Popovanın yaşlı, sakit həyatı qəfildən mərhum ərinin borclu qaldığı Smirnov tərəfindən pozulur. Borcu qaytarmaq üçün Popova və qulluqçu Anfisa çıxış yolu axtarmağa çalışarkən, hadisələrin gedişatı gözlənilməz məcraya yönəlir.
Qeyd edək ki, tamaşa mart ayında Teatr Xadimlər İttifaqında təqdim olunacaq.
Şahanə Müşfiq

çap et