525.Az

Cənubi Qafqaz boru kəməri ilə qazın nəqli artıb


 

Cənubi Qafqaz boru kəməri ilə qazın nəqli artıb<b style="color:red"></b>

Ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 40 235,6 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 0,3% azalma müşahidə olunub.

525.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qaz nəqlinin 57,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə həyata keçirilib.

Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.

Belə ki, hesabat dövründə bu kəmərlə 23 143,9 mln. kubmetr qaz ötürülüb (1,3%-lik artım olub).

 





19.01.2026    çap et  çap et