525.Az

“Normallaşma prosesi müsbət istiqamətdə gedir” -  Rubinyan 


 

“Normallaşma prosesi müsbət istiqamətdə gedir” - <b style="color:red"> Rubinyan </b>

“Ermənistan və Türkiyə münasibətlərinin normallaşmasında irəliləyiş Ermənistan- Azərbaycan münasibətlərin normallaşması prosesinə nəinki zərər verməyəcək, həm də ona yeni təkan verə bilər”.

525.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan brifinqdə bildirib.

O deyib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi ilə Ermənistan- Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi fərqli proseslərdir, lakin eyni bölgədə olduğumuz üçün onlar qarşılıqlı əlaqədə ola bilərlər.

“Ermənistan-Azərbaycan sülh prosesində əldə edilən böyük irəliləyişi vurğulmamaq olmaz. 8 avqust sülh bəyannaməsi, dəmir yolu blokadasının qismən qaldırılması və sair. Ümumilikdə proseslər müsbət istiqamətdə gedir. Artıq müəyyən nəticələr görürük, bundan sonra digər nəticələri də görəcəyik", - o deyib.

Pərvanə Sultanova

 





19.01.2026    çap et  çap et