525.Az

Çexiya L-159 təyyarələrini Ukraynaya satmayacaq 


 

Çexiya L-159 təyyarələrini Ukraynaya satmayacaq <b style="color:red"></b>

“Çexiya Ukraynaya dronlara qarşı mübarizə aparmaq üçün L-159 yüngül döyüş-təlim təyyarəsi satmayacaq”.

525.az xəbər verir ki, bunu ölkənin Baş naziri Andrey Babiş deyib.

Hökumət rəhbəri bildirib ki, Çexiya ordusunun bu təyyarələrə ehtiyacı var və onların istismar müddəti 2040-cı ilə qədər planlaşdırılıb: “Bizim başqa təyyarələrimiz yoxdur”. 

Onun sözlərinə görə, hazırda istifadəsiz təyyarə yoxdur və mövcud olanların hamısı hərbi tapşırıqlar üçün istifadə olunur. 

Babiş qeyd edib ki, Müdafiə Nazirliyi də 2023-cü ildə təyyarələri Ukraynaya verməmək barədə oxşar qərar qəbul edib.

Pərvanə Sultanova

 





19.01.2026    çap et  çap et