525.Az

Rusiyadan Ermənistana maye qazın Azərbaycan ərazisi ilə nəqli gözlənilir


 

Rusiyadan Ermənistana maye qazın<b style="color:red">  Azərbaycan ərazisi ilə nəqli gözlənilir</b>

“Rusiyadan maye qazın Azərbaycan ərazisindən keçməklə Ermənistana çatdırılması müzakirə olunur”.

525.az xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyyat Nazirliyinin mətbuat katibi Lilit Şaboyan məlumat verib.

"Biz iki əsas ölkədən - İran və Rusiyadan qaz idxal edirik. İranda məlum səbəblərə görə müəyyən problemlər yaranıb, Rusiya ilə bağlı problemlər isə Yuxarı Larsla bağlıdır. Lakin bu məsələ çox tezliklə həll olunacaq, çünki Ermənistana maye qaz idxalı dəmir yolu ilə başlayacaq və Rusiya maye qazı çox tezliklə Azərbaycan vasitəsilə Ermənistana çatdırılacaq. Rusiyadan Ermənistana maye qazın dəmir yolu ilə idxalı variantı müzakirə olunur", - o bildirib.

Bunun nə vaxt mümkün olacağına gəlincə, mətbuat katibi konkret tarix göstərmədən "tezliklə" cavabını verib.

Qeyd edilib ki, son günlərdə Ermənistanda maye qazın qiyməti təxminən iki dəfə artıb.

Pərvanə Sultanova

 





19.01.2026    çap et  çap et