17 yanvardan etibarən Çilinin cənubunda davam edən meşə yanğınlarında 18 nəfər həyatını itirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Qabriel Boric bildirib.
O, Çilinin cənubundakı Nuble və Biobio bölgələrində davam edən meşə yanğınları səbəbindən fövqəladə vəziyyətin elan edildiyini açıqlayıb.
“Bu gün 18 təsdiqlənmiş ölüm hadisəsi var, amma təəssüf ki, bu rəqəmin artacağı ehtimalı yüksəkdir. Xüsusilə vəziyyətin kritik olduğu Penco və Tomenin bəzi bölgələrində çətin günlərdən keçirik”, - deyə dövlət başçısı bildirib.
Boriç, əlverişsiz hava şəraiti səbəbindən yanğınları tez bir zamanda söndürməyin çətin göründüyünü qeyd edib:
“Bildiyiniz kimi, bu cür fövqəladə hallarda ilk prioritet həmişə yanğınla mübarizə aparmaq və onu söndürməkdir. Lakin burada əziyyət çəkən ailələrin olduğunu nəzərə almalı və onların yanında olmalıyıq”.
Prezident Biobio bölgəsində indiyə qədər 300 evin dağıldığını vurğulayıb. O əlavə edib ki, hökumət yanğının yayılmasının qarşısını almaq üçün hər cür səy göstərir.
Yerli medianın məlumatına görə, bir çox müxtəlif yerlərdə davam edən yanğınlar indiyə qədər 18 min hektar ərazini külə çevirib.
İbrahim Cəfərov
çap et