İranda 8 yanvarda etirazlar səbəbindən ölkə daxilində kəsilən internetə çıxış həftəsonuna qədər bərpa olunacaq.
525.az xarici KİV-ə istinadən bu barədə İranın vitse-prezidenti Hüseyn Afşin bildirib.
“İnternet şəbəkəsi həftəsonuna qədər ölkə daxilində tədricən normal vəziyyətə qayıdacaq, - deyə H.Afşin qeyd edib.
O söyləyib ki, rəqəmsal iqtisadiyyat modelində yalnız şirkətlərin internetə qoşulması kifayət deyil: “Çünki bu müəssisələrin fəaliyyətini davam etdirmək qabiliyyəti istifadəçilərin və müştərilərin də internetə çıxışından asılıdır”.
Xatırladaq ki, İranda 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında başlayan etirazlar yerli valyutanın xarici valyutalara nisbətən sürətlə dəyərdən düşməsi və iqtisadi çətinliklərin dərinləşməsi səbəbindən ölkə daxilinə yayılıb. 8 yanvarda paytaxt Tehranda baş verən etirazlar zamanı toqquşmalardan sonra hökumət internetə çıxışı bağlayıb.
İbrahim Cəfərov
çap et