525.Az

Hindistanda aviaşirkət böyük məbləğdə cərimə edildi


 

Hindistanda aviaşirkət böyük məbləğdə cərimə edildi<b style="color:red"></b>

Hindistanda lokouster-aviaşirkət "İndiGo"  3 milyon dollara yaxın cərimələnib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb ötən ilin dekabrında kütləvi şəkildə reyslərin təxirə salınması və gecikdirilməsidir.

Qərarı qəbul edən Hindistan Mülki Aviasiya İdarəsi bundan başqa şirkətin qarşısına öhdəlik də qoyub - belə hallar bir daha təkrarlanmamalı və dekabrda baş verən problemlərim fəsadları aradan qaldırılmalıdır. Cavabında isə şirkət rəhbərliyi şərtləri qəbul etdiyini və zərər görən sərnişinlərə kompensasiya ödəniləcəyini bildirib.

Xatırladaq ki, "İndiGo"nun səhvi üzündən 2507 reys ləğv edilmiş, 1852 reys isə gecikmişdi ki, bu da 300 min sərnişinin hava limanlarında ilişib qalmasına nədən olmuşdu.

L.Tağıyeva

 





19.01.2026    çap et  çap et