"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov cari transfer pəncərəsində yeni oyunçu alıb-almayacaqları barədə sualları cavablandırıb.
525.az xəbər verir ki, mütəxəssis bu haqda Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda "Ayntraxt"la sabahkı görüşdən əvvəl təşkil olunan mətbuat konfransında danışıb.
O, yeni transferin gözənildiyini söyləyib:
"Gözlənti çoxdur, olmalıdır. Maneə yaranmasa, yeni transfer baş tutacaq. Azı bir keçid olmalıdır".
çap et