525.Az

Sakit okeanda güclü zəlzələ


 

Sakit okeanda güclü zəlzələ<b style="color:red"></b>

Papua-Yeni Qvineya sahillərində 5,9 bal gücündə güclü zəlzələ baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Zəlzələnin episentri Madanq yaşayış məntəqəsindən 24 km cənub-qərbdə, 109 km dərinlikdə yerləşib.

Qeyd edək ki, dağıntı və insan itkisi barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.

L.Tağıyeva

 





21.01.2026    çap et  çap et