525.Az

Polşa qızıl ehtiyatını artırmağı planlaşdırır


 

Polşa qızıl ehtiyatını artırmağı planlaşdırır<b style="color:red"></b>

Polşa Milli Bankı qızıl ehtiyatının 700 tona çatdırılması barədə qərar qəbul edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə bankın rəhbəri Adam Qlapinski bildirib.

Bununla Polşa qızıl ehtiyatının həcminə görə dünyada ilk onluğa düşmək niyyətindədir. Hazırda bu rəqəm 550 tondur.

Qeyd edək ki, bu göstəriciyə görə dünyada birinci yerdə ABŞ-dir. Bu dövlətin qızıl ehtiyatı 8 min 100 tondan çoxdur.

L.Tağıyev

 





21.01.2026    çap et  çap et