Çinin cənub-qərbindəki Yunnan əyalətində 5.1 bal gücündə zəlzələ olub.
525.az xəbər verir ki, bu barədə Çin Zəlzələ Şəbəkələri Mərkəzi (CENC) məlumat yayıb.
Bildirilib ki, episentri Yunnan əyalətinin Caotong bölgəsi olan yeraltı təkanlar 10 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ zamanı tələfat və dağıntı qeydə alınmayıb.
Yerli icra orqanları təhlükəsizlik səbəbindən bölgədə 129 evdən 297 nəfəri müvəqqəti sığınacaqlara yerləşdirib.
İbrahim Cəfərov
çap et