525.Az

Qızılın qiyməti tarixi maksimumu yeniləyib


 

Qızılın qiyməti tarixi maksimumu yeniləyib<b style="color:red"></b>

"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin fevral ayı üçün qızıl fyuçerslərinin qiyməti yeni rekord səviyyəyə çataraq troya unsiyası üçün 4 800 dolları keçib.

525.az-ın məlumatına görə, bunu ticarət platformasının məlumatları göstərir.

Bakı vaxtı ilə saat 5:06-ya olan məlumata görə, qiymətli metalın qiyməti əvvəlki bağlanışdan 0,76 % artaraq bir troya unsiyası üçün 4 802 dollar təşkil edib. Bakı vaxtı ilə saat 5:11-ə qədər qiymət bir troya unsiyası üçün 4805,4 dollara yüksəlib (artım 0,83 %).

Bakı vaxtı ilə saat 05:25-ə qədər qiymət artımı yavaşlayıb və qiymət bir troya unsiyası üçün 4823,7 dollara (+1,21 %) çatıb.

 





21.01.2026    çap et  çap et