525.Az

Azərbaycan neftinin qiyməti 69 dolları ötüb


 

Azərbaycan neftinin qiyməti 69 dolları ötüb<b style="color:red"></b>

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

525.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,51 ABŞ dolları və ya 0,7% artaraq 69,39 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 68,88 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

 





21.01.2026    çap et  çap et