525.Az

ASBÜ KKTC-dən Qarabağ şəhidlərinin ailələrinə 100 faiz təqaüd dəstəyi


 

ASBÜ KKTC-dən Qarabağ şəhidlərinin ailələrinə 100 faiz təqaüd dəstəyi<b style="color:red"></b>

Ankara Sosial Elmlər Universitetinin (ASBÜ) Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) üzrə Kampusu Qarabağ müharibəsi şəhidlərinin övladları və həyat yoldaşları üçün mühüm bir qərar qəbul edib.

Kampus İdarə Heyətinin ASBÜ-nun KKTC üzrə rektoru, professor doktor Enver Arpanın sədrliyi ilə 16 yanvar 2026-cı il tarixində keçirilən iclasında qəbul edilən 2026/01-08 saylı qərara əsasən, Qarabağ müharibəsi şəhidlərinin övladları və həyat yoldaşlarına 100 faiz təqaüd verilməsi qərara alınıb.

Məsələ ilə bağlı açıqlama verən professor doktor Enver Arpa bildirib ki, Azərbaycan Qarabağda qəti və tarixi bir zəfər qazanaraq torpaqlarını azad edib. O qeyd edib ki, Qarabağ Zəfəri yalnız Azərbaycanın deyil, bütün türk dünyasının ortaq qürur mənbəyidir. Rektor vurğulayıb ki, ASBÜ fəaliyyətini “bir millət, üç dövlət” anlayışı ilə davam etdirir və bu müqəddəs amal uğrunda canından keçən şəhidlərin əziz xatirəsi daim ehtiramla yad olunur.

ASBÜ KKTC Kampusu İdarə Heyəti olaraq Qarabağ müharibəsi şəhidlərinin ailələrinə təhsil yolu ilə dəstək verməyin mənəvi bir borc olduğunu bildirən Arpa, universitetin bu istiqamətdə üzərinə düşən məsuliyyəti yerinə yetirməyə hazır olduğunu qeyd edib.

ASBÜ KKTC Kampusu Qarabağ müharibəsi şəhidlərinin övladları və həyat yoldaşlarının yüksək keyfiyyətli təhsil alması üçün bütün imkanlarını səfərbər edəcəyini açıqlayıb.

Təqaüddən yararlanmaq istəyən tələbələr [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə və ya https://kktc.asbu.edu.tr/tr/uluslararasi-ogrenciler-icin-kabul-sartlari linki üzərindən qəbul şərtləri ilə bağlı ətraflı məlumat əldə edə bilərlər.

 





21.01.2026    çap et  çap et