“Ukrayna məsələsi bir sıra digər beynəlxalq böhranlara baxmayaraq, Avropanın əsas prioriteti olaraq qalmalıdır”.
525.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Davosda Dünya İqtisadi Forumunda deyib.
"Ukrayna birinci yerdə olmalıdır, çünki bu, həm ABŞ, həm də Avropa üçün təhlükəsizlik məsələsidir", - Baş katib söyləyib.
O, həmçinin NATO çərçivəsində Avropa ilə ABŞ arasında transatlantik tərəfdaşlığın vacibliyini vurğulayıb və Vaşinqtonun lazım gələrsə, Avropa müttəfiqlərini müdafiə edəcəyinə əminliyini ifadə edib.
Pərvanə Sultanova
çap et