525.Az

CAR-da ardıcıl qanlı hücumlar - 6 ölü


 

CAR-da ardıcıl qanlı hücumlar - <b style="color:red"> 6 ölü</b>

Cənubi Afrika Respublikasının (CAR) paytaxtında iki ayrı ərazidə silahlı hücum baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qərbi Keyptaun polisinin sözçüsü Andre Traut mətbuata açıqlamasında deyib. O bildirib ki, şəhər mərkəzinin şərqindəki Ndabeni rayonunda baş verən silahlı hücumda 4 nəfər həlak olub.

Trautun sözlərinə görə, Kensinqton rayonundakı Meytlend qəbiristanlığı yaxınlığında baş verən silahlı hücumda isə 2 nəfər ölüb, 2 nəfərdə  yaralanıb.

Sözçü hər iki hücumun motivinin hələ müəyyən edilmədiyini bildirib.

Qeyd edək ki, dünyada cinayət nisbətinin ən yüksək olduğu ölkələrdən biri olan CAR-da 2025-ci ilin ilk 9 ayı ərzində 17 mindən çox qətl törədilib.

İsgəndər Həsənov

 





22.01.2026    çap et  çap et