Fransanın PSJ komandasının və Fransa millisinin müdafiəçisi Lukas Ernandes insan alverində ittiham olunur.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ernandesə həyat yoldaşı Viktoriya Triay ilə birlikdə Paris prokurorluğuna dəvət edildikdən sonra məlumat verilib.
Şikayətçilər Kolumbiyadan olan ailədir. Ər, arvad və 3 övlad şikayətlərində Ernandesin evində sənədsiz işlədiklərini göstəriblər. Buna görə onlara ödənilməli olan məbləği almayıblar. Üstəlik, Ernandes və xanımı onlarla qul kimi davranıblar.
Qeyd edək ki, futbolçu onlara qarşı qaldırılan ittihamı rədd edib. Araşdırma aparılır.
L.Tağıyeva
çap et