İngiltərənin "Mançester Yunayted" və Serbiya millisinin sabiq müdafiəçisi Nemanya Vidiçin böyük qardaşı Duşan Vidiç Belqraddakı mənzilində ölü tapılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, onun ölümünün səbəbləri barədə məlumat verilmir.
Bu barədə Nemanya da hər hansı fikir bildirməyib. Ümumiyyətlə, Duşan haqqında bilgi azdır. Nemanya onunla bağlı mətbuata nə vaxtsa geniş açıqlama verməyib. Məlum olan budur ki, qardaşlar gənc olarkən Serbiyanın "Yedinstvo Ujitse" komandasında birgə məşq ediblər. Böyük qardaş sonradan futbolla vidalaşıb. Nemanya isə karyerasını davam etdirib.
Qeyd edək ki, Nemanya Vidiç "Mançester Yunayted"dəki çıxışı ilə məşhurlaşıb. O, İngiltərə təmsilçisinin heyətində 5 dəfə ölkə çempionu, 1 dəfə Çempionlar Liqasının qalibi adını qazanmaqla yanaşı, bir çox başqa mükafatlara da sahib çıxıb.
L.Tağıyeva
çap et