525.Az

ÇL-lə vidalaşacaq daha iki komanda - Biri "Ayntraxt"dır


 

ÇL-lə vidalaşacaq daha iki komanda - <b style="color:red">Biri "Ayntraxt"dır</b>

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunun son oyunlarından sonra turnirdə mübarizəni dayandıracaq daha iki komanda bəlli olub.

525.az xəbər verir ki,  Almaniyanın “Ayntraxt” klubunun Çempionlar Liqası ilə vidalaşacağı dəqiqləşib. Frankfurt təmsilçisi Bakıda “Qarabağ”a 2:3 hesabı ilə uduzub və 7 oyundan sonra cəmi 4 xalla pley-off şanslarını itirib.

“Barselona”ya 2:4 hesabı ilə məğlub olan Çexiyanın “Slaviya” klubu isə 7 turdan sonra cəmi 3 xal toplayıb və pley-off mərhələsinə yüksəlmək üçün riyazi şanslarını itirib.

Hazırda pley-offa vəsiqə verən sonuncu – 24-cü pillədə Yunanıstanın “Olimpiakos” komandası qərarlaşıb. Afina təmsilçisinin aktivində turnirin bitməsinə bir tur qalmış 8 xal var.

Qeyd edək ki, daha əvvəl İspaniyanın “Vilyarreal” və Qazaxıstanın “Kayrat” klubları ÇL-in pley-off mərhələsinə yüksəlmək imkanlarını itirmişdilər. Turnirdə iştirak edən digər komandaların isə hələlik ümumi mərhələni ilk 24-lükdə başa vurmaq üçün nəzəri şansları qalmaqdadır.

 





22.01.2026    çap et  çap et